Futbol üzrə Fransa çempionatında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. 

Mövsümə uğursuz start verən Marsel "Olimpik"i öz meydanında "Lill"i qəbul edib və qələbə qazanıb. Lion "Olimpik"i isə "Tuluza" ilə səfər qarşılaşmasından qalib ayrılıb. 

"Amyen" "Brest"i, "Anje" "Strasburq"u məğlub yola salıb. "Mets" – "Monpelye" matçında qalib müəyyənləşməyib. 

"Nim" – "Renn" qarşılaşması isə güclü yağış səbəbindən təxirə salınıb.

Fransa Liqa 1
12-ci tur

1 noyabr

Dijon – PSJ 2:1
Qol: Şuyar, 45+6. Kadis, 48 – Mbappe, 20.

2 noyabr

Olimpik (Marsel) – Lill 2:1
Qol: Sanson, 47. Qabriel, 70-öz qapısına – Soumaoro, 83.

Amyen – Brest 1:0
Qol: Otero, 27.

Anje – Strasburq 1:0
Qol: Bahoken, 26-pen.

Tuluza – Olimpik (Lion) 2:3
Qol: Sanoqo, 15. A.Lopes, 57-öz qapısına – Depay, 26; 90+5. Dembele, 67.

Mets – Monpelye 2:2
Qol: Diallo, 26. Nquette, 47 – Delor, 72. Sambia, 78.

Nim – Renn matçı təxirə salınıb

3 noyabr

18:00 Bordo – Nant
20:00 Nitsa – Reyms
00:00 Sent-Etyen – Monako

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest