Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində səfərdə "Pisek"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
 
"Slaviya"nın U-21 komandası 13 turdan sonra 21 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest