"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes klubunu dəyişmək qərarına gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili futbolçu "mankunianlar"dakı durumundan məmnun deyil.

Yeni klub axtarışında olan Sançes artıq ilk təklifini alıb. Belə ki, PSJ ulduz futbolçunun xidmətində maraqlıdı. Paris təmsilçisi bu məsələ ilə bağlı 30 yaşlı oyunçunun meneceri Fernando Feliseviçlə təmasa keçib. Həmçinin Aleksisin sevgilisi Mayte Rodriges də Mançesterdə yaşamaq fikrində deyil.

Qeyd edək ki, Aleksis Sançes "Mançester Yunayted"ə bu il "Arsenal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest