"Liverpul"un yarımmüdafiəçisi Adam Lallana komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı oyunçu hətta Avropanı tərk etməyə çox yaxındı.

çünki çin və ABŞ klubları İngiltərə millisinin üzvü ilə yaxından maraqlanırlar. Adları açıqlanmayan həmin komandalar qış fasiləsində Lallalanı heyətə qatmaq fikrindədilər. "Qırmızılar" isə müqavilə müddəti mövsümün sonuna qədər olan hücumameyilli futbolçuya yeni müqavilə təklif edəcək. Lallana ayrılmaq fikrində qəti olsa, "mersisaydlılar" mövsümün sonunu gözləməyəcək, yanvarda onu satacaq.

Qeyd edək ki, Adam Lallana bu mövsüm "Liverpul"un heyətində cəmi 5 oyunda iştirak edib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest