"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva Premyer Liqanın XII turunda "Liverpul"la keçiriləcək oyunu buraxa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ispaniyalı futbolçunun zədəli olmasıdı.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola yetirməsinin durumunun qeyri-müəyyən olduğunu söyləyib: "Sauthempton"la oyunun ilk hissəsinin sonuna 5 dəqiqə qalmış Silva əzələ problemi yaşadığını dedi. Belə vəziyyətdə əgər oyunu davam etdirə bilmirsənsə, 10-12 günlük meydandan kənarda qalmalı olursan".

Silvanın çempionlar Liqasının qrup mərhələsində "Atalanta" ilə qarşılaşmanı buraxacağı dəqiqdi. Onun "Liverpul"la oktyabrın 10-da keçiriləcəyi oyunda iştirakı ilə həkimlərin qərarından asılı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest