Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Tula "Arsenal"ı ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Ayaz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
 
"Spartak" 15 turdan sonra 18 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest