05 Noyabr 2019, 16:54
DİGƏR
16 yaşadək şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyədə keçirilən Olimpiadanın qalibi olub. Matc.az xəbər verir ki, yığmamız çorum şəhərində keçirilən olimpiadanın son turunda çin üzərində qələbə qazanaraq, birinciliyi təmin edib.
ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlı rəqibini 1:0 hesabı ilə üstələyib. Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı isə heç-heçə edib. Bununla da, xallarını 16-ya çatdıran yığmamız yarışın qalibi olub.
Ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.