"Arsenal" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Dani Sebalyos sıradan çıxıb.

23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin IV turunun "Gimaraeş"lə matçında zədələnib. İspaniyalı yarımmüdafiəçinin üç həftəyə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Gimaraeş" - "Arsenal" matçı 1:1 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest