İngiltərə çempionatında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. Matc.az-ın Premyer Liqanın rəsmi saytına istinadən məlumatına görə, "çelsi"nin baş məşqçisi Frenk Lempard həmkarlarını qabaqlayıb.

London təmsilçisi ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. Lempardın yetirmələri "Sauthempton" (4:1), "Nyukasl" (1:0) və "Bernli"ni (4:2) məğlub edib.

Gənc mütəxəssis bu ad uğrunda mübarizədə Yurgen Klopp ("Liverpul"), Qrem Potter ("Brayton"), Brendan Rodcers ("Lester") və Din Smiti ("Aston Villa") üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest