"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, La Liqa nəhəngləri "Barselona" və "Real" ulduz futbolçunun xidmətində maraqlıdı.

Luis Suaresə alternativ axtarışında olan "Barselona" artıq bir müddətdi ki, 30 yaşlı forvardı yaxından izləyir. Artıq əzəli rəqib "Real" da Qabon millisinin üzvü uğrunda mübarizəyə qoşulub. "Kral klubu" hətta bu transfer üçün 70 milyon avro ödəməyə də hazırdı.

Bildirilir ki, komandasının nəticələrindən narazı olan Obameyanq mövsümün sonunda London klubundan ayrılmaq niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest