O, bu gün Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən "Zirə" ilə ev oyununu da Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyib. Matç başa çatandan sonra isə Pedro paltardəyişmə otağına yollanıb və keçmiş komanda yoldaşları ilə görüşüb

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Azərbaycana gəlib. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Ağdam klubunun düşərgəsinə baş çəkib.
 
O, bu gün Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən "Zirə" ilə ev oyununu da Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyib. Matç başa çatandan sonra isə Pedro paltardəyişmə otağına yollanıb və keçmiş komanda yoldaşları ilə görüşüb.
 
Xatırladaq ki, Enrike hazırda Türkiyənin "Kayserispor" klubunda çıxış edir. ötən gün "Gənclərbirliyi" ilə oyunda iştirak edən futbolçu Super Liqada yaranan fasilədən istifadə edərək yenidən Bakıya gəlməyə qərar verib.
 
Pedro "Qarabağ"da 2017/18 mövsümündə icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest