Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi "Altınordu" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb.
 
"Altınordu" hazırda 7 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest