"Real" İspaniya La Liqasının 13-cu turu çərçivəsində "Eybar"a 4:0 hesabıyla qalib gəlib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu oyunda qol buraxmayan "kral klubu"nun qapıçısı Tibo Kurtua, "quru oyunlar" seriyasını 533 dəqiqəyə çatdırıb. 
 
Bu nəticə ilə o, Madrid klubunun keçmiş qapıçısı Keylor Navasın rekordunu qırıb. Kosta Rika millisinin üzvü, "Real"ın heyətində qapısını 517 dəqiqə toxunulmaz saxlamağı bacarmışdı.
 
Kurtua "Real"a 2018-ci ildə "çelsi"dən transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest