İtaliya A Seriyasının 12-ci turunda "Yuventus"un "Milan"ı 1:0 hesabı ilə məğlub etdiyi oyun Miralem Pyaniç üçün əlamətdar olub. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bosniya və herseqovinalı futbolçu, "qoca sinyora"nın heyətində 150-ci oyununu keçirib.
 
2016-cı ildə "Roma"dan heyətə qatılan futbolçu, keçirdiyi 150 oyunda 22 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Onun Turin klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest