Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Braunşveyq"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib. Əvəzində o, komandasının 86-cı dəqiqədə vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.
 
Münster klubu 15 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest