Böyük Britaniyanın paytaxtı Londonda dünya şahmat tacı uğrunda görüşdə ikinci  partiya keçirilib. Matç.az saytı xəbər verir ki, norveçli Maqnus Karlsen və ABŞ təmsilçisi Fabiano Karuana yenə heç-heçəyə razılaşıb.

Hazırkı dünya çempionu olan skandinaviyalının ağ fiqurlarla oynadığı görüş artıq 49-cu gedişdə başa çatıb. Tərəflər ardıcıl 2-ci sülhü rəsmiləşdirib.

İki partiyadan sonra matçda hesab 1:1-di. Bu gün qrossmeysterlər istirahət edəcək. 3-cü oyun sabah baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest