Türkiyənin "Antalyaspor" klubu baş məşqçisi Bülənt Korkmaz istefa verib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin çalışdırıcısı sosial şəbəkə hesabında məlumat yayıb.
 
51 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. "Antalyaspor" hazırda Super Liqada 11 oyuna topladığı 11 xalla 15-ci sırada qərarlaşıb.
 
Bülənt Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"u çalışdırırdı. O, 2009-2010-cu illər aralığında Azərbaycanda "Bakı" klubunun da baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest