Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

"Keşlə" – "Neftçi" görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.

"Qəbələ" – "Səbail" qarşılaşmasının 80-ci dəqiqəsində "Səbail"in futbolçusu Əli Sadıxov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Sabah" – "Sumqayıt" matçında 4 futbolçusu sarı vərəqə alan "Sabah" 800 manat ziyana düşüb. Oyunun 59-cu dəqiqəsində "Sumqayıt"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.

"Qarabağ" – "Zirə" görüşündə "Zirə"nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bakılılar 800 manat cərimələnib. Təcili tibbi yardım əməkdaşı oyunöncəsi iclasda iştirak etmədiyindən, meydan sahibi 400 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest