"Ayntraxt"ın futbolçusu David Abraham cəzalandırılıb. Matc.az xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Bundesliqanın XI turunun "Frayburq"la oyununda rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması səbəb olub.

Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub. Frankfurt təmsilçisinin kapitanı bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.

Qeyd edək ki, "Frayburq" – "Ayntraxt" oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest