"Neftçi" baxışa yeni futbolçu dəvət edib. Sınaqdan keçirilən oyunçu qvineyalı Yamussa Kamaradı. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

"Neftçi" baxışa yeni futbolçu dəvət edib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Sınaqdan keçirilən oyunçu qvineyalı Yamussa Kamaradı. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidi. Vətənində "Seynt Marie" akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea" (2016-2017), "Satellit" (2017-2018) və "Kalum Star" (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest