Türkiyənin Qaziantep şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Matc.az xəbər verir ki, yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının 4 üzvü - Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) də var.

Bu gün Kostova qüvvəsini sınayıb. O, 59 kq çəki dərəcəsində yarışıb. Təcrübəli atlet toplam 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest