21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milliləri arasında yoldaşlıq görüşü keçiriləcək. Sabah baş tutacaq qarşılaşmanın hakimləri açıqlanıb. "Dalğa Arena"da keçiriləcək oyunu yerli hakimlər idarə edəcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milliləri arasında yoldaşlıq görüşü keçiriləcək. Matc.az saytının məlumatına görə, sabah baş tutacaq qarşılaşmanın hakimləri açıqlanıb.

"Dalğa Arena"da keçiriləcək oyunu yerli hakimlər idarə edəcək. Belə ki, ədalət təmsilçisi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest