Luis Felipe Skolari yenidən milli komandada çalışmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 71 yaşlı mütəxəssis çin yığmasının "sükanı arxası"na keçə bilər.

Braziliyalı bununla bağlı çin Futbol Federasiyasından təklif gözləyir. 2015-2017-ci illərdə "Quançjou Everqrand" klubunu çalışdırmış Skolari yenidən bu ölkəyə qayıtmaq niyyətindədi. O, tezliklə istefaya göndərilən Marçello Lippini əvəz edə bilər.

Qeyd edək ki, Skolari son komandası olan "Palmeyras"dan bu ilin sentyabrında ayrılıb. O, məşqçilik karyerası ərzində Küveyt, Braziliya və Portuqaliya yığmalarına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest