İtaliya A seriyasında çempionluğu hədəfləyən "İnter" qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "neradzurra"nın siyahısına düşən ilk oyunçu artıq məlumdu.

Milanlılar "Udineze"nin yarımmüdafiəçisi Rodriqo de Paulu transfer etmək fikrinə düşüb. Rəhbərlik Argentina millisinin üzvünü qışda 35 milyon avro müqabilində heyətə cəlb etməyə çalışacaq. Baş məşqçi Massimiliano Alleqri 25 yaşlı orta sahə oyunçusunun transferində israrlıdı.

De Paul "İnter"lə yanaşı, "Milan" və "Napoli"nin də maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest