AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev növbəti təyinat alıb. Matc.az xəbər verir ki, UEFA onu Yunanıstana göndərmək qərarına gəlib.

Belə ki, Hacıyev UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) – "Dinamo" (Kiyev, Ukrayna) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 27-də Saloniki şəhərindəki "Toumba" stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest