Rusiya millisinin və "Zenit"in sabiq yarımmüdafiəçisi Roman Şirokov U-19 yığmasının çıxışını dəyərləndirib. Avropa çempionatının seçmə mərhələsində keçirdiyi hər iki oyunda heç-heçə edən komandanın nəticələri gənc mütəxəssisin ürəyincə deyil.

Rusiya millisinin və "Zenit"in sabiq yarımmüdafiəçisi Roman Şirokov U-19 yığmasının çıxışını dəyərləndirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində keçirdiyi hər iki oyunda heç-heçə edən komandanın nəticələri gənc mütəxəssisin ürəyincə deyil.

O, gənclərin zəif çıxışının ciddi siqnal olduğunu bildirib: "Gənclərin niyə uğurlu nəticələr əldə etməmələri düşündürücüdü. Komandanın bundan əvvəl Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarını izlədim. Yığmamız Azərbaycan, Rumıniya və İrlandiyaya qarşı matçların ikisində heç-heçə edib, birində məğlub olmuşdu. Belə oyun və nəticə biabırçılıqdı".

Qeyd edək ki, bu ilin martında U-19 millimiz rusiyalı həmyaşıdları ilə qitə birinciliyinin elit-raundunda üz-üzə gəlib və qolsuz bərabərə qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest