"Barselona" akademiyasının direktoru Patrik Klyuvert yayda "Ayaks"dan "Yuventus"a keçən Matteys De Liqtlə bağlı maraqlı fikirlər səsləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı mütəxəssis həmyerlisinin yanlış seçim etdiyini düşünür.

O, gənc futbolçunun bunu başa düşdüyünü iddia edib: "De Liqti "Barselona"ya keçməyə inandırmağa çalışmadım. Klub və şəhər haqda xoş sözlər söylədim. De Liqt keyfiyyətli müdafiəçidi, amma "Yuventus"u seçdi. Mənə elə gəlir ki, bu seçiminə görə peşmandı. Həyatda vacib seçimlər edirsən. Bəzən bu düzgün olur, bəzən yanlış. Qərarınızdan asılı olmayaraq, hər zaman öyrənməlisiniz".

Qeyd edək ki, Matteys De Liqtin transferi "Yuventus"a 75 milyon avroya başa gəlib. 20 yaşlı oyunçu Turin klubunun heyətində 12 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest