İspaniyanın "Osasuna" klubu baş məşqçisi Yaqoba Arrasatenin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Arrasate 2018-ci ilin yayından "Osasuna"nı çalışdırır. Komanda hazırda La Liqada 13 turdan sonra 19 xalla 10-cu sırada yer alıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest