Malta millisinin baş məşqçisi Rey Farruca postunu tərk edəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı Malta Futbol Assosiasiyası yayıb.

Bildirilir ki, AVRO-2020-nin seçmə mərhələsindən sonra assosiasiya rəsmiləri çalışdırıcı ilə bir araya gəlib. Uzun sürən söhbətin sonunda dekabrın 31-nə qədər olan müqavilə müddətinin yenilənməməsi qərara alınıb. Farruca ilə bərabər yığmanın məşqçilər korpusundakı digər mütəxəssislər də yola salınacaq.

Assosiasiya bu posta əcnəbi məşqçi gətirməyi planlaşdırır. Bu baxımdan italyan Devis Mancia favorit hesab olunur.

Qeyd edək ki, Malta Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer almış, Farrucanın rəhbərliyi altında millimizlə keçirdiyi hər iki oyunda bərabərə (1:1) qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest