PSJ Liqa1-in XIV turunda "Lill"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmaya Kilian Mbappesiz çıxa bilər.

Bu barədə "Lequipe" nəşri məlumat yayıb. Xəbərdə yüksək hərarəti olan hücumçunun "Lill" ilə oyunda iştirakının sual altında olduğu bildirilir. PSJ-də bir müddətdi zədədən əziyyət çəkən Neymar artıq sağalıb və baş məşqçi Tomas Tuxelin şans verəcəyi təqdirdə, oynamağa hazırdı.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – "Lill" görüşü saat 23:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest