"Borussiya" "Puma" şirkəti ilə olan əməkdaşlıq müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Puma" ilə olan müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Dortmund təmsilçisi bu əməkdaşlıqdan ildə 30 milyon avrodan çox qazanacaq. ümumilikdə isə 8 il üçün 250 milyonluq qazanc nəzərdə tutulub.

Qeyd edək ki, "Borussiya" ilə "Puma" arasında olan əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest