"Real"ın hücumçusu Kərim Benzemanın taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvardın daha bir neçə il komandada qalması qərara alınıb.

Belə ki, ulduz futbolçu "kral klubu" ilə yeni 2 illik sözləşməyə qol çəkib. 32 yaşlı oyunçu artıq 2023-cü ilin yayına qədər madridlilərə məxsusdu.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest