PSJ kapitan Tiaqo Silva ilə bağlı qərarını dəyişib. Marc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir müddət əvvəl mövsümün sonunda onu yola salmağı planlaşdıran Paris təmsilçisi indi braziliyalını saxlamaq fikrinə düşüb.

Bunu futbolçunun meneceri Paulo Tonetto bildirib. Onun sözlərinə görə, yeni ilin ilk ayında yeni sözləşmə ilə bağlı danışıqlara start veriləcək: "Tiaqoya görə narahat deyilik. O, Parisdə çox yaxşıdı. Böyük klubda oynayır və burda xoşbəxtdi. Yanvarda PSJ ilə yeni müqavilə məsələsini müzakirə edəcəyik".

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest