İtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konte peşəkar futbolçulara mövsümün gedişində sekslə çox məşğul olmamağı məsləhət görüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis idmançı kişilərin müxtəlif turnir və yarışlar ərəfəsində sekslə məşğul olarkən çoxlu enerj və fiziki güc itirdiyini düşünür.
 
50 yaşlı məşqçi "L’Equipe" nəşrinə açıqlamasında fikrini belə əsaslandırıb: "öz futbolçularıma mövsümün gedişində sekslə mümkün qədər az məşğul olmağı məsləhət görürəm. Həm də onlara bunu tez, yəni çox enerji itirmədən görmələrini söyləyirəm. Futbolçuların öz həyat yoldaşları ilə sekslə məşğul olması arzuolunandı. çünki digərləri ilə bunu edərkən daha çox güc itirirlər".
 
Maraq üçün qeyd edək ki, Kontenin bu məsləhətləri onun işinə az yaramır. Hər halda o, vaxtilə "Yuventus"u 2012-2014-cü illər aralığında ardıcıl 3 dəfə İtaliya çempionu edib. 2016/17 mövsümündə isə "çelsi" onun rəhbərliyi altında İngiltərə çempionu olub. Bu mövsüm isə "İnter" Kontenin rəhbərliyi ilə uğurlu çıxışıyla seçilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest