"Real"ın keçmiş baş məşqçisi Vanderley Luşemburqu ağır xəstəliyə yoluxub. Matc.az xəbər verir ki, hazırda Braziliyada "Vasko da Qama"nı çalışdıran 67 yaşlı mütəxəssisdə dəri xərçəngi xəstəliyi aşkarlanıb.
 
Həkimlər 3 ay ərzində Luşemburqunun əməliyyat olunmalı olduğunu deyiblər. Braziliyalı mütəxəssis isə hələ qərar verməyib.
 
Luşemburqu 2004/05 mövsümündə "Real"ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest