"Mançester Siti" İngiltərə Premyer Liqasının 13-cü turunda "çelsi"ni məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş "şəhərlilər" üçün yubileylə əlamətdar olub. 
 
Belə ki, "çelsi" üzərində qazanılan qələbə, "şəhərlilər"in Premyer Liqada 400-cü zəfəri olub.
 
"Mançester Siti" Premyer Liqada 400 və daha çox qələbə qazanan 6-cı komanda olub. Bu göstəricidə lider isə "Mançester Yunayted"dir. "Qırmızı şeytanlar"ın hesabında 652 qələbə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest