"İnter" İtaliya A Seriyasının 13-cü turunda "Torino"nu məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Milan təmsilçisinin futbolçusu Romelu Lukaku üçün əlamətdar olub.
 
Belə ki, belçikalı hücumçu "Torino" ilə oyunda da qol vuraraq, bu mövsüm A Seriyasındakı qollarının sayını 10-a çatdırıb. Lukaku, "İnter"lə A Seriyasında ilk 13 oyuna 10 qol vurmağı bacaran ikinci futbolçu olub. Bundan əvvəl, 1948/49 mövsümündə İştvan Nerş bunu bacarmışdı.
 
Lukaku bu yay "Mançester Yunayted"dən "İnter"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest