Futzal üzrə Yüksək Liqanın IX turunu bir oyunçu buraxacaq. Matç.az saytı xəbər verir ki, milli komandamızın sabiq üzvü Rəcəb Fərəczadə noyabrın 14-də "Neftçi"yə kömək edə bilməyəcək.

Buna səbəb Fərəczadənin sarı vərəqə limitini doldurmasıdı. Passivində 4 sarı vərəqəsi olan təcrübəli oyunçu "Yasamal"la görüşü buraxacaq.

Adəm Həbibov ("Araz"), Omid Nabat ("Xəzər Cənub") və Sina Jamali ("Yasamal") isə daha bir sarı vərəqə alsalar, cəzalı duruma düşəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest