"Mançester Siti" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, sözügedən komandanın əsas qol "silah"ı Serxio Aquero sıradan çıxıb.
 
O, İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "çelsi" ilə ev oyununda zədələnib.
 
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Aqueronun zədəsinin ciddi olduğunu söyləyib. Onun sözlərinə görə, argentinalı forvard bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Qvardiola futbolçunun hətta dekabrın 7-də baş tutacaq "Mançester Yunayted"lə derbi matçına da yetişməyəcəyini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest