Noyabrın 28-də futzal üzrə Yüksək Liqada IX turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, 3 oyunçu turu buraxmalı olacaq.

Bunlar EKOL-un aparıcı oyunçusu Namiq Məmmədkərimov (EKOL), "Yasamal" İSK-nın üzvü Vüsal Səfərov və "Record club"un bombardiri Sina Jamalidi. Adıçəkilən futbolçular ötən turda 4-cü sarı vərəqəni alaraq limiti doldurublar.

İsa Atayev, Vahid Shefiei (hər ikisi "Araz"), Xəyal Quliyev ("Xızı Futzal"), Elşən  İbrahimxəlilov ("Marafon"), Orxan Səfiyaroğlu ("Bakı" TFK), Emil Həsənzadə ("Neftçi" İK), Renat Sultanov ("Baku Fire"), Elgün Abbaslı ("Yasamal" İSK) və Firudin Ağalarovun ("Premier") isə passivində 3 sarı vərəqə var. Onlar növbəti turda da vərəqə alarsa, cəzalı duruma düşəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest