"Neftçi" baxışa daha bir futbolçu dəvət edib. Qvineyalı Nabi Silla hazırda "ağ-qaralar"ın düşərgəsindədi. 21 yaşlı Silla hücumçudu. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

"Neftçi" baxışa daha bir futbolçu dəvət edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, qvineyalı Nabi Silla hazırda "ağ-qaralar"ın düşərgəsindədi. 21 yaşlı Silla hücumçudu.

"Soar Akademiyası"nın (2008-2014) yetirməsi olan futbolçu vətənində "Satellit" (2015-2017), "Qanqan" (2017-2018) və "Koyah" (2018-2019) klublarında çıxış edib. Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdü.

Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest