İngiltərənin "Brayton" klubu baş məşqçisi Qraham Potterlə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
44 yaşlı mütəxəssislə əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında bitəcəkdi. Amma yeni müqaviləyə əsasən, bu müddət daha iki il uzadılıb. Bir sözlə, ingilis məşqçi 2025-ci ilin yayına qədər bu komandanı çalışdırmağa davam edəcək.
 
Qraham Potter məşqçilik karyerasına İsveçin "Ostersun" klubunda (2010-2018) başlayıb. Daha sonra "Suonsi Siti"də baş məşqçilik edən mütəxəssis bu ilin may ayında "Brayton"un "sükanı arxasına" keçib.
 
"Brayton" Premyer Liqada 13 turdan sonra 15 xalla 20 iştirakçı arasında 12-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest