2019-cu ilin ən yaxşı qapıçıları bəlli olub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı çərçivə qoruyucularını açıqlayıb. İFFHS dünya ölkələrində olan nümayəndələri arasında keçirdiyi səsvermə nəticəsində Braziliya yığmasının və "Liverpul"un "1 nömrəsi" Alisson Bekker hamını qabaqlayıb.

2019-cu ilin ən yaxşı qapıçıları bəlli olub. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı çərçivə qoruyucularını açıqlayıb.

İFFHS dünya ölkələrində olan nümayəndələri arasında keçirdiyi səsvermə nəticəsində Braziliya yığmasının və "Liverpul"un "1 nömrəsi" Alisson Bekker hamını qabaqlayıb. Onu "Barselona"nın almaniyalı qolkiperi Mark Andre ter-Ştegen izləyib. "Atletiko"nun sloveniyalı əlcək sahibi Yan Oblak isə ilk "üçlüy"ü qapayıb.

 

Ən yaxşı "10-luq"

1. Alisson Bekker (Braziliya / "Liverpul") - 286 səs

2. Mark Andre ter-Ştegen (Almaniya / "Barselona") - 104

3. Yan Oblak (Sloveniya / "Atletiko") - 67

4. Manuel Noyer (Almaniya / "Bavariya") - 33

5. Uqo Lyoris (Fransa / "Tottenhem") - 32

6 Ederson Moraes (Braziliya / "Mançester Siti") - 31

7. Tibo Kurtua (Belçika / "Real") - 30

8. David De Xea (İspaniya / "Mançester Yunayted") - 18

9. Keylor Navas (Kosta Rika / "Real"/PSJ) - 14

10. Franko Armani (Argentina / "River Pleyt") - 13

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest