"Mançester Siti"nin səhmlərinin bir hissəsinin satılması gözlənilir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Amerikanın "Silver Lake" şirkəti klubun səhmlərinin 10%-nə sahib olmağa yaxındı.

Artıq tərəflər arasında ilk görüş də baş tutub və bunun gerçəkləşməsi yönündə 500 milyon dollarda razılıq əldə olunub. Hətta bu həftə müqavilənin imzalanması gözlənilir.

"Silver Lake" alacağı səhmləri 10 il ərzində özündə saxlamağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest