"Real"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" Santyaqo Solarini baş məşqçi postunda saxlayıb.

Madridlilərin bu gün İspaniya Futbol Federasiyasına göndərdiyi sənəddə baş məşqçi kimi Solarinin təsdiq edilməsi istənilib. Beləliklə, 42 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər "Real"a rəhbərlik edəcək.

Qeyd edək ki, "Real" Solarinin rəhbərliyi altında keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest