İtaliya çempionu "Yuventus"un "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istədiyinə dair xəbərlər yayılıb. Matc.az xəbər verir ki, Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bu məlumatı təkzib edib.
 
O, ESPN-ə açıqlamasında bunları söyləyib: "Komandamızda əla futbolçular toplanıbş Buna görə də hazırda güclənməyə ehtiyac duymuruq. Hər mövqe üçün güclü oyunçularımız var".
 
Qeyd edək ki, Rakitiç cari mövsümdə çox az oyun vaxtı qazanır. Bu üzdən də İspaniya mətbuatı xorvatiyalı futbolçunun Kataloniya klubundan ayrılacağını iddia edir. Onu almağa əsas namizədlərdən biri isə məhz "Yuventus" sayılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest