"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliyada növbəti dəfə mövsümün ən yaxşısı seçilib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis 2017-18 mövsümünün məşqçisi adına layiq görülüb.

O, bu yer uğrunda "Napoli"nin keçmiş çalışdırıcısı Mauritsio Sarri və "Latsio"nun baş məşqçisi Simone İnzagini qabaqlayıb.

Bununla Alleqri karyerasında 4-cü dəfə ilin ən yaxşısı seçilib. O, 2011, 2015 və 2016-cı illərdə də bunu bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest