Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb. Bunu "Proyssen"in forvardı özü bildirib. O, "Bild" nəşrinə açıqlamasında növbəti turda komandasına kömək etmək istədiyini söyləyib.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu "Proyssen"in forvardı özü bildirib.

O, "Bild" nəşrinə açıqlamasında növbəti turda komandasına kömək etmək istədiyini söyləyib. Həftənin əvvəlində ayağındakı şiş keçməyən 28 yaşlı forvard dünən axşamdan kollektivlə birlikdə məşqlərə qatılıb. O, III Bundesliqanın növbəti turunda "Valdhof"la qarşılaşmada iştirak etmək istəyir: "Ağrılara qarşı həblər var. Komandama kömək etmək istəyirəm. Bizə 3 xal çox lazımdı".

Qeyd edək ki, "Proyssen" - "Valdhof" oyunu noyabrın 30-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest