"Real"ın yarımmüdafiəçisi Federiko Valverde uzun illər bu komandanın formasını geyinəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu ilə yeni müqavilə imzalanıb.

Belə ki, Valverde 2021-ci ilin yayına qədər olan sözləşməsinin müddətini 2025-ci ilin yayına qədər uzadıb. Müqavilədə Uruqvay millisinin üzvünün sərbəst qalma məbləği 750 milyon avro göstərilib.

Qeyd edək ki, Federiko Valverde bu mövsüm La Liqada 9 oyunda iştirak edib, 1 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest