İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Rafael Varan sıradan çıxıb.
 
Fransalı futbolçu UEFA çempionlar Liqasında PSJ-yə qarşı keçirdikləri oyunda (2:2) zədə alıb.
 
Həkimlər onun bir müddət istirahət etməsinə qərar veriblər. Bu üzdən də Varanın İspaniya La Liqasının 15-ci turu çərçivəsində baş tutacaq "Alaves"lə oyunda iştirak etməyəcəyi dəqiqdi.
 
Qeyd edək ki, "Alaves" - "Real" oyunu noyabrın 30-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest